Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycandakı məscidlərin işıq borcları – ARAŞDIRMA

Son günlər sosial şəbəkələrdə bəzi məscidlərin borcları ilə bağlı elanlar diqqəti cəlb edir.

Son günlər sosial şəbəkələrdə bəzi məscidlərin işıq borcu ilə bağlı elanlar diqqət çəkdiyindən məsələ ilə bağlı araşdırma aparılıb.
“Din.az” “İslamazeri.az”a istinadən xəbər verir ki, ölkədə ardıcıl iki devalvasiyanın baş verməsi Azərbaycan əhalisinin iqtisadi durumuna ciddi mənfi təsir etməsi danılmaz faktdır. İnsanların iqtisadi durumunun pisləşməsi, onların xeyriyyəçilik etmələrini azaltmaqda və ya məhdudlaşdırılmaqdadır. Belə olan təqdirdə, insanların məscidlərə yardımlarını azaltması ilə bəzi məscidlərin işıq borcu artıb və problemlər yaranıb. Əlbəttə ki, komunal xərclərin qiymətinin qalxması da digər faktor kimi problemlərin yaranmasına səbəb göstərilə bilər.

tezepir-6

Məscid icmaları müraciət yayıb:

Son günlər sosial şəbəkələrdə bəzi məscidlərin işıq borcu ilə bağlı elanlar diqqət çəkdiyindən İslamazeri.az məsələ ilə bağlı araşdırma aparıb.
Məlum olubki, Suraxanı rayonunda iki məscid; İmam Xomeyni məscidi və Qəriblər məscidinin birinin 1938, digərinin isə 400 manat borcu var. Birincinin borcu inanclı insanların yardımları hesabına bağlansada, digər məscidin borcu (xəbər hazırlanana qədər) hələ bağlanmamışdı.
Araşdırmamız zamanı məlum olub ki, Günəşli qəsəbəsindəki “Fatimeyi Zəhra” məscidinin də borcu olub və inanclılar arasında bu məscidin də borcunun ödənilməsi üçün öz aralarında yardım kampaniyası başladıblar. Məscidin içərisində divarına müraciət vurulubmuş və borc tam olaraq məscidə ibadətə gələnlərin hesabına ödənilib.

Əldə etdiyimiz digər məlumata görə, İçərişəhər “İmam Əli (ə)” məscidinin də borcunun olduğu haqda məscidin içərisində divara elan vurulub və ödənilməsi üçün yardım məqsədilə ibadət edənlərə müraciət edilib.

Gürcüstanda…

Gürcüstandakı məscidlərin kommunal xərclərinin ödənməsilə bağlı Gürcüstanın tanınmış ilahiyyatçısı, Gürcüstan Müsəlmanlar İdarəsinin Kvemo-kartli ərazisi (red: Rustavi şəhəri və 6 rayon) üzrə nümayəndəsi Hacı Qurban Murquzova müraciət edib. Onun sözlərinə görə, SOCAR-la imzalanan razılaşmaya əsasən Gürcüstandakı məscid və digər ibadət ocaqlarının sənədi olduğu təqdirdə qaz borcları silinir. Elektrik enerjisinin xərclərinə gəldikdə, bəzi məscidlərin borcu bələdiyyələr tərəfindən qarşılanır. Ümumilikdə isə borclar məscidə gələn inanclıların yardımları ilə ödənilir.

Türkiyədə…

Türkiyədə Diyanət İşlər İdarəsinə bağlı olan məscidlərin bütün kommunal xərcləri onlara ayrılan dövlət büdcəsi hesabına qarşılanır. Qeydiyyatdan keçməyən məscidlərin kommunal haqları isə, məscidin icması tərəfindən ödənilir.

Rusiyada…

Rusiyada da komunal xərclər inanclılar tərəfindən ödənilir. Məsələn, “Tatpressa”nın ötən ilin mart ayında verdiyi xəbərdə bildirilir ki, Kazan şəhərinin “Əl Mərcan” məscidində divara elan vurulub. Elanda bildirilirdi ki, banklar vasitəsilə ödəmə olmadığından (hesabların dondurulması və əməliyyatların məhdudlaşdırılmasına görə) məscidin 270 min rubl borcu yığılıb, bunun üçün məscidə toplananlar borcun ödənilməsi üçün yardım etsinlər.

İranda…

İran İslam Respublikasında məscidlərin kommunal xərclər məscid icması və idarəçiləri tərəfindən ödənilir. Lakin oradakı xərclər az olduğundan bu borcun verilməsində problemlər yaşanmır.

Qeyd edək ki, məsələylə bağlı Dini Qurumlar üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxladıq. Hər iki qurumdan bildirildi ki, onlara ünvanlanan suallar yalnız poçt ünvanına göndərildikdən sonra cavablandırılacaq.

Xatırladaq ki, “Azərqaz”ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi İbrahim Kərbəlayev ötən il açıqlama verərək ölkədəki ibadətgahlara təbii qazın 5 min kubmetr limitə qədər pulsuz verildiyini bildirmişdi. SOCAR prezidenti Rövnəq Abdullayev də müsahibəsi zamanı Gürcüstandakı məscidlər və bütün kilsələrin pulsuz qazla təmin edildiyini açıqlamışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...