Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycandakı dini tolerantlıq dünya ölkələrinə nümunədir – VİDEO

Goranboyda multikultural dəyərlərimiz mövzusunda tədbir keçirilib

Dini Qurumlar İş Üzrə Dövlət Komitəsi Goranboy rayonunda multikultural və tolerant dəyərlərimiz mövzusunda konfrans keçirib.

Rayon ictimaiyyət, din xadimləri və ziyalıların iştirakı ilə baş tutan tədbir komitənin sifarişi ilə hazırlanan dini ekstremizmin və radikalızmın fəsadlarından bəhs edən “Fitnə” filminin nümayişi ilə başlayıb.

Daha sonra Dini Qurumlar İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədəki dini tolerantlıqdan və Azərbaycanda var olan multikultural dəyərlərdən danışıb. Azərbaycanın bu mövzuda dünya dövlətlərinə nümunə göstərilməsinə diqqət çəkib.

“Din.az” keçirilən konfransdan videogörüntünü təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir