Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycana gələn müsəlman turistlər

Bizdə İslama aid iqtisadi fəaliyyətə birmənalı yanaşılmır.

Son dövlər Azərbaycana İrandan gələn turistlərin sayı artıb.

“Din.az” xəbər verir ki, bu barədə bir müddət əvvəl mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov da açıqlama vermişdi. N.Səmədov bildirdimişdi ki, iranlı turistlərin sayının artmasında həm də viza verilməsi prosedurunun sadələşdirilməsi, eyni zamanda İrandan gələn turistlər üçün dil baryeri məsələsinin olmaması böyük rol oynayıb: “Onlar sərbəst Azərbaycan dilində danışdığından heç bir problem olmur. Qonşu ölkələrlə İranı müqayisə etdikdə bu, əsas faktorlardan biridir. Ona görə də bu faktorlar səbəbindən ölkəyə bu il daha çox turist gəlməyə başlayıb”. Mütəxəssislər İslam, müsəlman ölkələrindən gələn turistlərin sayının çox olması üçün ilk növbədə “halal turizm”in inkişafını təklif edirlər.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev “halal turizm”in inkişaf etdirilməsi həm ölkə daxilində inanclı insanların istirahətə cəlb olunması, həm də xarici turistlərin istirahəti baxımdan əhəmiyyətlidir: “Nəzərə alaq ki, Azərbaycana müsəlman ölkələrindən – Türkiyədən, İrandan, hətta ərəb ölkələrindən turistlər gəlir. Ona görə də bu istiqamətdə iş aparmaq lazımdır. “Halal turizm” dedikdə istirahətin İslam qaydaları çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Bu xidmət təklif edilən yerlərdə içki, qida məhsullarında donuz ətinin olmaması, gələn insanların ibadətlərini vaxtında yerinə yetirməsi üçün müvafiq şəraitin təşkili vacibdir. Eyni zamanda müxtəlif ziyarət yerlərini də marşurutlara daxil etmək olar.

beach_hejab_0Əgər istirahət çimərliklə bağlı olacaqsa, ailəvi dincəlmə məsələləri həllini tapmalıdır. Xüsusən də kişi və qadınlar üçün ayrı-ayrı hovuzlar yaradılmalıdır. Bütün bunları həyata keçirmək üçün imkanımız var və ilk növbədə xarici təcrübədən yararlanmalıyıq. Hansı ki, bununla bağlı müsəlman ölkələrinin geniş təcrübəsi mövcuddur. Həmçinin Azərbaycanda bir sıra şirkətlər var ki, Türkiyədə “halal turizm” standartı ilə xidmət göstərən istirahət mərkəzləri qurublar. Həmin təcrübə öyrənilib bizdə də oxşar xidmətlər təklif edilməlidir. Əgər bu xidmət bizdə də təklif olunarsa, gələcəkdə müsəlman ölkələrindən Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilə bilər. O cümlədən nəzərə alaq ki, daxildə də inanclı insanlar çoxdur. Bu kimi amillər “halal turizm”in inkişafında mühüm rol oynayır”.

Digər mütəxəssis Əkrəm Həsənovun fikrincə, “halal turizm”i inkişaf etdirmək üçün ilk növbədə “halal istirahət mərkəzləri”nin sayı artırılmalıdır: “Bizdə hazırda “halal turizm” var. Amma bu daha çox kafe səviyyəsindədir. Məsələn, Türkiyədəki kimi otellər, əyləncə mərkəzləri kimi fəaliyyət göstərmir. Yəni, bizdə hələlik “halal turizm”o səviyyədə inkişaf etməyib.

Ancaq bizdə İslama aid iqtisadi fəaliyyətə birmənalı yanaşılmır. Məsələn, bizdə İslam bankçılığı yoxdur. İş adamlarının əksəriyyəti elə düşünürlər ki, İslamla bağlı iqtisadi fəaliyyət göstərsələr, onlara birmənalı baxmayacaqlar”.

Ekspertin sözlərinə görə, bəzi insanlar düşünürlər ki, turimzin bu növü rentabelli deyil: “Amma fikirlər həqiqəti əks etdirmir. Müvafiq yerlər açılarsa və ora kütləvi insan gələrsə, fikirlər dəyişəcək. Nəzərə alaq ki, Azərbaycanda dindar insanların sayı artır. Ona görə də həmin növ biznes xeyli gəlirli sahəyə çevriləcək”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...