Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

“Azərbaycandakı məscidlərdə insanların beyni cihad fikirləri ilə doldurulur…”

Share Button

Azərbaycanda 2100 məscid var və onlardan 600-ə yaxınına Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən axund və imam təyin ounub. “A24.az” “report”a istinadən xəbər verir ki, bu barədə QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli məlumat verib. Onun sözlərinə görə, digər 1500 məscid isə imam və axundsuz fəaliyyət göstərir: “Bu da digər təriqətlərin nümayəndələrinin boş […]

Azərbaycanda 2100 məscid var və onlardan 600-ə yaxınına Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən axund və imam təyin ounub.

“A24.az” “report”a istinadən xəbər verir ki, bu barədə QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli məlumat verib.

Onun sözlərinə görə, digər 1500 məscid isə imam və axundsuz fəaliyyət göstərir:

“Bu da digər təriqətlərin nümayəndələrinin boş qalan məscidlərdən istifadə etmələrinə və dağıdıcı təbliğatla məşğul olmalarına gətirib çıxarır. Onlar insanların beynini cihad fikirləri ilə doldururlar”.

S.Həsənli bildirib ki, BİU-nun tələbələrinin 46-47 faizi qızlar olduğundan onları imam və axund göndərə bilmirlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir