Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
Quba Pesax Bayrami foto

Azərbaycandakı yəhudilər pisax bayramına başladılar – VİDEO

Share Button

Bayramda süfrəyə duzsuz qoğal, acı göyərti və tikan qoyurlar.

Pisax bayramının tarixi təxminən 3500 il əvvələ gedib çıxır. Həmin vaxt yəhudilər əsarətdən xilas olaraq azadlığa çıxıb və xalq olaraq birləşiblər. Elə o dövrdən yəhudi xalqı azadlığı bayram kimi qeyd etməyə başlayıb.

Bayram günlərində sinaqoqda Tövratda yazılan ibadətlər yerinə yetirilir, dualar oxunur. Bayramda onlar süfrəyə duzsuz qoğal, acı göyərti və tikan qoyurlar. Bunlar onların azadlığa gedən yolda çəkdikləri iztirablara işarədir. Qırmızı Qəsəbədə məskulaşan dağ yəhudiləri nəinki Pisax, eləcə də digər milli bayramlarını dostluq, tollerantlıq şəraitində keçirdiklərini bildirirlər.

Qubadakı Qırmızı Qəsəbədə 3 minən çox dağ yəhudisi yaşayır.  Pisax bayramı may ayının 1-nə kimi davam edəcək. Din.az rtv-yə istinadən həmin videoxəbəri təqdim edir:

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top