Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün kvota azaldılıb.

Kvota 2000 nəfər nəzərdə tutulsa da, sonradan 900-ə endirildi.

Azərbaycandan Həccə gedəcək zəvvarların sayı azaldıldı – Krallıqdan yeni qərar

 

Din.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, əvvəldən kvota 2000 nəfər nəzərdə tutulsa da, sonradan 900-ə endirilib. Buna səbəb olaraq Səudiyyə Ərəbistanı Krallığı Həcc Nazirliyinin bütün ölkələr üzrə yeni kvota müəyyən etməsi göstərilir. Bildirilib ki, zəruri ehtiyac və xüsusi vəziyyət yarandığı halda sənəd qəbulunun vaxtı və kvotada artım ola bilər. Sənəd qəbulu mayın 1-dək davam edəcək.

Zəvvarların Həccə uçuşunu Azərbaycan Hava Yolları (AZAL) təşkil edəcək.

Azərbaycandan Həcc ziyarətinə zəvvarların səfəri avqustun 14, 15 və 16-da baş tutacaq. Zəvvarların dönüşü isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılıb. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...