Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycandan Həcc ziyarətinə getmək istəyən 480 nəfər QMİ-yə sənəd verib

“Həcc ziyarətinə sağlamlıq durumu normal olan insanların getməsi məsləhətdir”.

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən 480 nəfər Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) sənəd verib.

Din.az bildirir ki, bunu “Report”a açıqlamasında QMİ-nin məsul nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.

O, sənəd qəbulunun davam etdiyini deyib. QMİ nümayəndəsi həmçinin əlavə edib ki, bu il sağlamlıq haqqında arayışa daha çox önəm veriləcək: “Həcc ziyarətinə sağlamlıq durumu normal olan insanların getməsi məsləhətdir. Sənədləri imkan daxilində ziyarətə gedən vətəndaş özü təqdim etsin. Hətta onlar QMİ-nin din xadimlərindən bəzi məsələləri soruşub, öyrənə bilərlər. Bu il vətəndaşlarımız təcrübəli həkimlər, ilahiyyatçı alimlər, eləcə də bələdçilərlə təmin olunub”.

Xatırladaq ki, QMİ-nin Həcc şöbəsi hər gün səhər saat 09.00-dan axşam saat 18.00-dək fasiləsiz işləyir.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Həcc ziyarəti üçün Azərbaycana 1200 kvota ayrılıb. Əgər müraciət edənlərin sayı çox olsa, kvota sayı 2000-ə qədər artırıla bilər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...