Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı 300-ü keçdi

“Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb”.

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 300-dən artıq insan müraciət edib.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: “Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyən hər kəs bu arzularını reallaşdıra biləcək”.

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...