Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı 500-ü keçib

Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb.

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 500-dən artıq insan müraciət edib.

Din.az bildirir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Qeyd edilib ki, hazırda sənəd qəbulu davam edir: “Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyən hər kəs bu arzularını reallaşdıra biləcək”.

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...