Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır, kvota isə…

Bu il Azərbaycan üçün Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 580-dən artıq insan müraciət edib.

Din.az bildirir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, hazırda sənəd qəbulu davam edir. Bu il Azərbaycan üçün Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub. Bir müddət əvvəl isə kvotanın aradan qaldırıldığı qeyd olunurdu, lakin sonradan qərarın qərarın dəyişdiyi və kvota qoyulduğu bildirilir.

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...