Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycandan Həcc ziyarətinə getmək üçün QMİ-yə 650 nəfər sənəd verib

Həcc ziyarəti avqust ayında olacaq.

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən 650 nəfər Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) sənəd verib.

Din.az-ın verdiyi məlumata görə, onların arasında az sayda təkrar sənəd verənlər var.

Həccə gedənlər üçün təlimlərə Ramazan ayından sonra (iyun ayında) start veriləcək.

Xatırladaq ki, QMİ-nin Həcc şöbəsi hər gün səhər saat 09.00-dan axşam saat 18.00-dək fasiləsiz işləyir. Sənəd qəbulu iyulun 15-dək davam edəcək.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar ötən il olduğu kimi, əlavə 535 dollar ödəyəcəklər. Həcc ziyarəti üçün Azərbaycana 1200 kvota ayrılıb. Əgər müraciət edənlərin sayı çox olsa, kvota sayı 2000-ə qədər artırıla bilər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...