Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Azərbaycandan Həccə gedən zəvvarların sonuncu qrupu Səudiyyə Ərəbistanına yola düşüb

Bu il Azərbaycandan Həcc ziyarəti üçün ayrılan 1400 nəfərlik kvota dolub.

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu 5 fevral, saat 19:00-da təyyarə ilə Səudiyyə Ərəbistanına yola düşüb.

APA-nın xəbərinə görə, zəvvarlar saat 21:50-də Səudiyyə Ərəbistanına çatıblar.

Qeyd edək ki, zəvvarlar avqustun 2-dən bu günə kimi təyyarə ilə yola salınıb. Zəvvarlar avqustun 21-25-də geri dönəcəklər.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarəti üçün ayrılan 1400 nəfərlik kvota dolub. Azərbaycandan Həcc ziyarətinə gedəcək ən yaşlı zəvvarın 80, ən gənc zəvvarın isə 19 yaşı var.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...