Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycandan Həccə getmək istəyənlərin sayı 650-ə çatıb

Bu il Həcc ziyarəti üçün Azərbaycana verilən kvota 1200 nəfər təşkil edir.

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 650 insan müraciət edib.

Din.az bildirir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib.

Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 650 insan Həcc ziyarətinə getmək üçün müraciət edib.

QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında hələki təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.
Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində təkrar Həcc ziyarətinə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir. QMİ-dən əlavə ediblər ki, hələki təkrar Həcc ziyarəti üçün müraciət edilməyib. Bu il Həcc ziyarəti üçün Azərbaycana verilən kvota 1200 nəfər təşkil edir.

Xatırladaq ki, Həcc ziyarətinə getmək üçün sənəd qəbulu fevralın 10-dan başlayıb və iyulun 15-dək davam edəcək. Ziyarətin avqustun 14-dən 17-dək baş tutması, geri dönüşün isə sentyabrın 1-dən 4-nə qədər həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Həcc ziyarətinin qiyməti isə 4150 ABŞ dolları təşkil edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...