Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk ilə görüşüb – FOTO

Müqəddəs Taxt-Tacla Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir.

İtaliyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 26-da Roma Papası Fransisk ilə görüşüb.

Din.az Milli.Az-a istinadən bildirir ki, görüşdə Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olundu, əməkdaşlığımızın mədəni irsin qorunması sahəsində daha da genişləndiyi vurğulandı. Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyi qeyd edildi.

Söhbət zamanı Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, Fondun xristian abidələrinin qorunması, bərpası istiqamətində gördüyü işlər yüksək qiymətləndirildi.

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Roma Papasına çatdırdı.

Papa Fransisk Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş etdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...