Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Azərbaycanın bu ölkədəki diaspor rəhbəri təltif edildi

Misir parlamenti sədrinin müavini ölkələrimiz arasındakı əlaqələrə görə mükafatlandırılıb.

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov təltif edilib.

Din.az xəbər verir ki, o, Misir parlamenti sədrinin birinci müavini və Seyyidlər həmkarlar ittifaqının sədri əl-Seyyid əl-Şərif tərəfindən Azərbaycanla Misir arasında əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə təltif olunub.

Qeyd edək ki, S.Nəsirov 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır. Onun çoxlu sayda elmi və publisist məqalələri ərəb və Azərbaycan dillərində dərc olunub. Qahirə Universitetində Azərbaycan dilini tədris edir. / Kult.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...