Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanın ən qədim məscidi – VİDEO

Məscid 743-744 illərdə inşa edilib.

Şamaxı Cümə məscidi Azərbaycanın ərazisindəki ən qədim məsciddir.

Məscid 743-744 illərdə inşa edilmişdir. Şamaxı cümə məscidi Cənubi Qafqazda Dərbənd cümə məscidindən (734-cü ildə inşa edilib) sonra ən qədim məsciddir. Orta əsrlərdə bir neçə dəfə bərpa edilən məscid 1856 və 1902-ci illərdə baş vermiş Şamaxı zəlzələləri zamanı dağılmış, birinci dəfə Qasım bəy Hacıbababəyov, ikinci dəfə isə İosif Ploşko tərəfindən bərpa edilmişdir.1918-ci ildə ermənilər tərəfindən yandırılmış məsciddə son restavrasiya işləri prezident İlham Əliyevin sərəncamına əsasən 2010-2013-cü illərdə aparılıb.

Məlumdur ki, ərəblər işğal etdikləri ərazilərdə yerli sənətkarların xidmətindən geniş faydalanırdılar. Həmin ustalar da öz növbəsində peşə fəaliyyətlərini yerinə yetirərkən təhtəlşüur olaraq yaratdıqları tikililərdə məlum və ənənəvi tikinti-memarlıq üsullarının yayılmasında iştirak etmişlər. Bu şərtlər, həmçinin regional və iqtisadi imkanlar İslam memarlığında yerli müstəqil məktəb və istiqamətlərin meydana çıxmasına müsbət təsir göstərmişdir.

Məscid xəlifə Validin qardaşı, VIII əsrdə Şirvan və Dağıstanı fəth edərək bu ərazilərdə İslamı yaymış Əbu Müslümün hakimiyyəti dövründə inşa olunub. 1902-ci ildə baş verən zəlzələ Şamaxıda ciddi dağıntılara səbəb olur. Şəhərə xüsusi komissiya tərəfindən baxış keçirilməsi zamanı Tiflisdən gələn geoloq şahzadə Şalkuli Qacar ərəb yazısı ilə müəyyənləşdirdi ki, Cümə məscidi müsəlman tarixi ilə 123-cı ildə yaranmışdır. Beləliklə də aydın olmuşdur ki, Şamaxı cümə məscidi miladi təqvimlə 743-cü ildə inşa edilmişdir və Cənubi Qafqazda Dərbənd cümə məscidindən (734-cü ildə inşa edilib) sonra ən qədim məsciddir.

MÜZAKİRƏ

1 şərh Azərbaycanın ən qədim məscidi – VİDEO üçün

  1. Emin dedi:

    Asalmu aleykum o tərəflərdə Sündü kəni deyilən bir kənd var ordada 920 ildə tikilmiş bir məscid var istifadə olunur. Bir rəvayətdə gəzir ki, həmin kəndin əhalisi Çeçen əsillidir.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...