"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Azərbaycanın İrandakı keçmiş səfiri vəfat edib

Share Button

Elmlər doktoru, professor Əliyar Səfərli vəfat edib.

Azərbaycanın İrandakı keçmiş səfiri, filologiya elmlər doktoru, professor Əliyar Səfərli vəfat edib.

 

“Din.az” “Report.az”a istinadən xəbər verir ki, 80 yaşlı Əliyar Səfərli ürək tutmasından dünyasını dəyişib.

eliayr-12121

Əliyar Səfərli 1937-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Anabad kəndində dünyaya gəlib. O, 1994-1998-ci illərdə Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləyib.

Əliyar Səfərli Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir