Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanla İran arasında əlaqələr yüksək səviyyədədir – VİDEO

“Azərbaycan tolerant və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir”.

“Azərbaycan tolerant və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir”.

Bu fikirlər, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Abuzər İbrahimi Türkman ilə görüşdə səslənib.

Ölkəmizə təşrif buyuran İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Daha sonra təşkilat sədri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb. Qarşılıqlı görüş zamanı Azərbaycanla İran arasındakı dini və mədəni əlaqələrin inkişafından danışılıb.

“Din.az” mövzu ilə bağlı ətraflı məlumatı videosüjetdə təqdim edir:

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...