Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanla İran arasında münasibətlər yeni müstəviyə daxil olur

“İki ölkə arasındakı iqtisadi və siyasi münasibətlər uğurla inkişaf etməkdədir”.

Azərbaycanla İran arasında münasibətlər yeni müstəviyə daxil olur.

Din.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı, iqtisadiyyat elmləri doktoru Rüfət Quliyev deyib.

İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərini şərh edən deputat qeyd edib ki, ölkələr arasındakı iqtisadi və siyasi münasibətlər uğurla inkişaf etməkdədir:

“Mən son illərdə iki dövlət başçısı arasındakı görüşlərin müntəzəmliyini qeyd etmək istərdim. Bu və digər amillər onu göstərir ki, Azərbaycanla İran arasında münasibətlər yeni müstəviyə daxil olur. Prezidentlər arasındakı görüş, Bakıda keçirilmiş biznes forum, ölkələr arasında imzalanmış sənədlər həm siyasi, həm də iqtisadi münasibətlərin möhkəmlənməsini ifadə edir”.

R.Quliyev bildirib ki, tərəflər iqtisadi münasibətlərin gələcək inkişafında maraqlıdır:

“Bu gün Azərbaycanın iqtisadi üstünlüyü açıq-aydın görünür. Ərazi cəhətdən böyük ölkə olmasaq da, maliyyə və iqtisadiyyat baxımından Azərbaycan özünü təmin edə bilən ölkədir. Bu gün nəqliyyat dəhlizlərinin inkişafı üçün İrana investisiya qoyuruq. Bu, çox vacib amildir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...