Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Azərbaycanla müqayisədə Parisdə daha çox başıörtülü qadınlara rast gəlirik” – Fransalı deputat

“Azərbaycandakı tolerantlıq da məni ruhlandırır.”

Din.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə (MM) keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda iştirak edən Avropa Parlamentinin İngiltərədən olan üzvü Netan Gill bildirib.

N.Gill deyib ki, Avropa Parlamentində (AP) gördükləri barədə məlumat verəcək:

“Siz insanları ermənilər üçün lobbiçilik etməkdən dayandıra bilməzsiniz. Ancaq siz insanlara həqiqəti göstərərək, yalanlara qarşı mübarizə apara bilərsiniz “.

Fransa Parlamentinin üzvü Jan-Lük Reytser deyib ki, Azərbaycan müstəqil siyasət həyata keçirir:

“Rusiya və İranla sərhədləri nəzərə alınsa, Azərbaycanın müstəqil siyasəti məni valeh edir. Azərbaycan inkişaf etməklə yanaşı, müstəqilliyini qoruyub. Azərbaycandakı tolerantlıq da məni ruhlandırır. Azərbaycan müsəlman ölkəsi olsa da, dünyəvi bir ölkədir. Biz Azərbaycanla müqayisədə Parisdə, Fransada daha çox başıörtülü qadınlara rast gəlirik. Burada etnik azlıqlar sərbəst yaşayır. Bəziləri deyir ki. Azərbaycanda demokratiya tam deyil. Hansı ölkədə demokratiya tamdır? Fransada da demokratiya tam bərqərar olmayıb. Ona görə də insanlara deyirəm ki, Bakıya gəlin, müşahidə edin, demokratiyanı, inkişafı görün. Azərbaycana gəlməklə reallıqları görəcəksiniz”. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...