Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Azərbaycanlı alim Lütfi Zadənin vəsiyyətindən İMTİNA ETDİ

“Həmin mirası özəl məqsədlərim, ailəmə xərcləyə bilməzdim”.

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə mirasının bir hissəsini professor Rafiq Əliyevə vəsiyyət edib.
Din.az bildirir ki, bu barədə Publika.az-a məlumat verən, R.Əliyev mirasdan tam imtina etdiyini deyib:
“Həmin mirası özəl məqsədlərim, ailəmə xərcləyə bilməzdim. Ona görə də, həmin vəsaitin hamısını Lütfi Zadənin irsini təbliğ və tədqiq edən beynəlxalq elmi mərkəzə – “Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışladım. Həmin vəsait elm adamları, xəstə olan,xaricə təhsil almaq istəyən tələbələrə xərclənəcək. Bu sahə ilə məşğul olan alimlərə kömək və təqaüd məqsədilə istifadə ediləcək. Oradan 1 dollar da olsun istifadə etməyəcəm”.
R.Əliyev Lütfi Zadənin sağlığında bu mirasdan xəbərdar olmadığını deyib:
“Bu barədə bir neçə gün öncə Lütfi Zadənin oğlu Norman mənə vəsiyyət barədə məktub yazdı. Mən də həmin vəsaitin elm üçün xərclənməsini uyğun bildim. Sağlığında o, jurnalist Mir Şahin Ağayevə müsahibəsində mənəvi irsi barədə vəsiyyətini açıqlamışdı. Həmin müsahibədə mənəvi irsini mənə bağışladığını demişdi. Biz onunla birlikdə kitab yazmışdıq, birlikdə işləmişik. Bu yaxınlarda birlikdə yazdığımız kitab çap ediləcək. Onun qonanarını da oğluna göndərəcəm”.
Qeyd edək ki, dünya şöhrətli alim Lütfi Zadə bu ilin sentyabrın 6-da dünyasını dəyişib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...