Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycanlı axunddan biabırçılıq: İmam Hüseyn ana südü yeməyib, Peyğəmbərin barmağını, dilini əmib – VİDEO

Mingəçevirdə yerləşən Heydər məscidinin axundundan uydurulan hədislər….

Azərbaycanlı axund daha bir səhvi ilə gündəmə düşüb.

Din.az A24.az-a istinadən bildirir ki, Mingəçevirdə yerləşən Heydər məscidinin axundu Hacı Ələmdar çıxışı zamanı peyğəmbər adına uydurulmuş hədisləri ona yaraşdırmaqdan çəkinməyib.

Belə ki, çıxışı zamanı bildirib ki, İmam Hüseyn ana südü yedəmədiyi üçün peyğəmbər onu qidalandırıb. Qidalandırmaq üçün baş barmağını İmam Hüseynin ağzına salardı və beləliklə onu əmizdirərdi. Başqa bir hədislərə görə isə öz dilini İmam hüseynin ağzına salaraq qidalandırıb. Peyğəmbər adına yüzlərlə alçaldıcı hədislər uydurulduğu məlum olsa da, axundu hacı Ələmdar bunu səsləndirməkdən çəkinməyib.

Allah isə Quranda Muhamməd peyğəmbər haqqında bunu deyir:

“Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən.” (Qələm surəsi, 4 )

Qeyd edək ki, sözü gedən şəxs bir müddət əvvəl “Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin” fikri ilə gündəmə gəlmişdi.

H

Azərbaycanlı axunddan biabırçılıq: İmam Hüseyn ana südü yeməyib, Peyğəmbərin barmağını, dilini əmib – VİDEO

Posted by Faktor Azərbaycan on Freitag, 12. Januar 2018

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...