Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanlı Daşkənddə rahibələrə dəstək oldu

Monastra təkcə pravoslavlar deyil, müsəlmanlar da kömək edir.

Gənc azərbaycanlı Özbəkistanın paytaxtı Daşkənddə rahibələr üçün toxuculuq otağı açıb.

Din.az xəbər verir ki, bu barədə özbək mətbuatına müsahibəsində Müqəddəs Troitsk-Nikolsk qadın monastrının rahibəsi, iqumenya Yekaterina bildirib.

Onun sözlərinə görə, monastra təkcə pravoslavlar deyil, müsəlmanlar da kömək edir.

“Daim kisələrlə ərzaq gətirirlər, ona görə daha bazara getməyə ehtiyac qalmır. Müsəlman bayramlarında qurban kəsiləndə bizə də ət payı çatır. Onlar bilmirlər ki, biz ət yemirik.

Bundan başqa, təmir-tikinti işlərində də kömək edirlər. Məsələn, gənc azərbaycanlı öz hesabına bizim üçün toxuculuq otağı tikdi. Ona görə biz müsəlmanlar üçün də dua edirik”, – deyə rahibə bildirib. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...