Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanlı deputat: “Hicabın ləğv edilməsi ilə bağlı heç bir qanun yoxdur”

“Hicab məsələsi ilə bağlı heç bir müzakirə aparılmır.”

Bir neçə gün bundan əvvəl Gürcüstanda ictimai yerlərdə niqab və çadranın qadağan olunması təklif edilib. Bununla bağlı Gürcüstan parlamentinin Vətənpərvərlər Alyansı Partiyasının deputatı Emzar Kvitsiani çıxış edib. O, İnzibati Xətalar Məcəlləsinə düzəlişlər layihəsi hazırlayıb.

Layihəyə əsasən, meydan, park, bütün ictimai nəqliyyat növlərində və digər ictimai yerlərdə niqab və çadradan istifadəyə 500 lari (190 dollar) məbləğində cərimənin tətbiq olunması nəzərdə tutulub. Niqab və çadradan təkrar istifadəyə isə 1500 lari (572 dollar) məbləğində cərimə tətbiq oluna bilər.

Layihədə o da öz əksini tapıb ki, üzü bağlayan geyimlərə qadağa Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusların əməkdaşlarına şamil olunmayacaq.

Məsələnin aktual olması Gürcüstan deputatlarının da diqqətindədir.

Din.az-ın bildirdiyinə görə Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev Modern.az-a açıqlamasında deyib ki, hicab məsələsi ilə bağlı heç bir müzakirə aparılmır.

“Son günlərdə müzakirəyə verilən ən aktual məsələlərdən biri Gürcüstanda hicab və çadranın qadağan olunub-olunmaması ictimaiyyətdə bir çox suallar yaradıb. Bu barədə nə bir qanun, nə də fikir var. Bildirmək istəyirəm ki, bu mövzu Gürcüstan rəsmiləri tərəfindən ciddi qəbul olunmur. Hazırda bununla bağlı heç bir müzakirə belə aparılmır. Həmişə olduğu kimi azlıqda olan müxalifət partiyasının bir üzvünün fikridir. Gürcüstanın hakim partiyası “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasında belə bir mövzuda heç bir danışıq aparılmır. Müzakirələr belə getmir və buna əsas da yoxdur”.

Qeyd edək ki, məsələnin gündəmə gəlməsi Gürcüstana gələn turistlər arasında terror təhlükəsinin olması ilə bağlıdır. “Üzü bağlayan geyimlər şəxsin identifikasiyasına imkan vermir və bu da terrorizm təhlükəsi yaradır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...