Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanlı deputat İrəvandakı Göy Məsciddə – VİDEO – FOTO

Dini və mədəni irsindən qalan yeganə yadigarımız …

Naxçıvan Ali Məclisinin deputatı Anar İbrahimov martın 28-də Ermənistanda keçirilən Avropa Birliyi-Şərq Tərəfdaşlığı formatı platformalarından biri olan Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətlər Konfransının (Conference of Regional and Local Authorities for the Eastern Partnership – CORLEAP) 14-cü Büro toplantısında iştirak üçün Yerevana gedib.

Din.az bildirir ki, o, İrəvanda Göy Məscidi ziyarət edib.

“Bu gün fürsət tapıb İrəvanda Göy Məscidi ziyarət etdim. 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın tikdirdiyi Göy Məscid şəhərin türk-islam siyasi, dini və mədəni irsindən qalan yeganə yadigarımızdır. Ziyarət və ibadət etdim. İrəvanın mərkəzində yerləşən bu abidə millətimizin şanlı keçmişinin işarəsi kimi hər zaman bizi özümüzə və özgələrə xatırlatmağa davam edəcək”, – deputat bildirib. / Milli.Az

https://daytube.az/az/videos/81522/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...