Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycanlı fəala 13 il həbs cəzası verildi

Güney azәrbaycanlı ayrı-seçkilik, qrup yaratmaq və nizam əleyhinə fəaliyyətlərdə ittiham olunub.

Güney Azәrbaycanın milli-mәdәni fәalı vә Tehran “traktorçu”larının həbsdə olan lideri Kazım Səfabәxşə hökm oxunub.

Din.az xəbər verir ki, Tehranın inqilab mәhkәmәsinin 28-ci şöbәsindә hakim Mәqisәnin rəhbərliyi ilə keçirilən məhkəmə prosesində Safabəxş 13 il müddətinə azadlıqdan məhrum edilib.

O, ayrı-seçkilik, qrup yaratmaq, nizam əleyhinə və mədəni fəaliyyətlərdə ittiham olunub.

Xatırladaq ki, fəal bir neçə ay öncə Tehran şəhərində həbs edilmişdi. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...