Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanlı fəala yeni saxta ittiham irəli sürüldü

Azərbaycanlıya qarşı “dövlət əleyhinə təbliğat” ittihamı irəli sürüldü.

Tehranın Evin zindanında 3 illik məhkumluq dövrünü başa vuran azərbaycanlı fəal Siyamək Mirzayiyə qarşı yeni saxta ittihamlar irəli sürülüb.

Din.az Axar. az-a istinadən xəbər verir ki, həbsxana məsulları Mirzayinin azadlığa çıxmaması üçün ona qarşı yenidən “dövlət əleyhinə təbliğat” ittihamı irəli sürüblər. İyunun 26-da Evin zindanının 6 saylı Məhkəməsində o, bu ittihamla yenidən həbsə məhkum edilib. Ədliyyə mütəntiqi fəalın şərti azadlığa çıxması üçün 30 milyon tümənlik mülki girov qərarı verib.

Müstəntiq tərəfindən Mirzayiyə ittihamların “sübutlar”ı kimi onun həbsxanada Abbas Lisani ilə əlaqə saxlaması və aclıq aksiyası keçirməsi göstərilib.

Fəal bu ittihamları saxta və əsassız adlandırıb və bildirib ki, bu, təhlükəsizlik qüvvələri tərəfindən ona təzyiq göstərilməsi və azadlığa çıxmasının qarşısının alınması üçün təşkil edilən yeni oyundur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...