Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Azərbaycanlı gənclərdən MÖHTƏŞƏM təklif: “Mübariz İbrahimovun adına metrostansiya açılsın!”

Yeni bir stansiyaya İGİDİMİZin adının verilməsi dəyərli addım olardı.

Milli qəhrəmanımız Mübariz İbrahimov 2010-cu il 18 iyun tarixində şəhidlik zirvəsinə ucalıb.
Din.az xəbər ki, Azərbaycan gəncləri yeni tikilən metrostansiyalardan birinə ölməz qəhrəmanızın adının verilməsi təklifini gündəmə gətirib.
Nəzərə alsaq ki, “Həzi Aslanov” stansiyasından “Yeni Günəşli” qəsəbəsinədək tunelin tikintisinin başa çatdırılması planlaşdırılır. Yeni bir stansiyaya İGİDİMİZin adının verilməsi isə onun adının əbədiləşdirilməsi üçün dəyərli bir addım olardı.

Onu da xatırladaq ki, 2030-cu ilədək Bakı Metropoliteni üzrə daha 50 yeni stansiya tikilib istismara verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları istismara verilməsi konkret iki yeni stansiya planlarıdır. / A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...