Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycanlı hacıları Bakıya gətirən təyyarədə GECİKMƏ

Təyyarə saat 11:30 radələrində Bakıya enəcək.

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən hacıları Bakıya gətirən təyyarə gecikmə ilə havaya qalxıb.

Din.az “Report”a istinadən xəbər verir ki, təyyarə iki saat gec yola düşüb. Təyyarə saat 11:30 radələrində Bakıya enəcək.

Qeyd edək ki, hacıları Azərbaycana gətirəcək ilk təyyarə reysinin Bakı vaxtı ilə səhər saat 05:00-da yola çıxması nəzərdə tutulurdu.

Xatırladaq ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb və bir nəfərin ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə 535 dollar ödəyiblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...