"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
1469799364_yenisumqayit.az-4

Azərbaycanlı hafizlər beynəlxalq Quran yarışmasında

Share Button

İki hafizimiz ölkəmizi yarışmalarda təmsil edir

Artıq Azərbaycanlı hafizlərin İslam dünyasının müxtəlif ölkələrində keçirilən Quran tilavət və hifz müsabiqələrinə dəvət olunmaları ənənəvi hal alıb.

“Din.az” “yenisumqayit.az”a istinadən xəbər verir kiQafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, növbəti belə müsabiqə iyun ayının sonunda İordaniyanın paytaxtı Ammanda 27, Əlcəzairdə isə 54 ölkənin təmsilçiləri arasında keçirilib.

Azərbaycanı İordaniyada Şəki İslam mədrəsəsinin məzunu hafiz Bədirov Şüeyb İsmayıl oğlu, Əlcəzairdə isə eyni mədrəsənin məzunu hafiz Məmmədov Sadiq Nurməmməd oğlu təmsil edib. Hər iki hafizimiz seçmə sınaqları keçərək əsas müsabiqədə uğurla çıxış ediblər.

Qeyd edək ki, builki müsabiqə Zaqatalalı Bədirov Şüeyb üçün artıq 4-cü beynəlxalq sınaqdırsa, Ağdaş rayonu Yuxarı Nemətabad kəndinin sakini Xaliq Ağammədov ilk dəfədir ki, hafizlik məharətini beynəlxalq səviyyədə sınayıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top