Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

AZƏRBAYCANLI KAFEDƏ NAMAZ QILDIĞINA GÖRƏ CƏRİMƏLƏNİB

Namaz qıldığına görə 3 min rubl cərimə olundu.

İyunun 26-da Rusiyanın Ryazan vilayətinin Rıbnovski rayon məhkəməsi yerli kafelərdən birində namaz qılan Azərbaycan vətəndaşını cərimələyib.

Din.az “Milli.Az”a istinadən bildirir ki, bu barədə məhkəmənin saytında məlumat yerləşdirilib.


İnsident iyunun 23-də, cümə günü baş verib. Həmin şəxs kafelərdən birinin otağında axşam namazı qılıb. Məhkəmənin qərarına görə, bununla da o, vicdan azadlığı, dini etiqad azadlığı və dini təşkilatlar haqqında qanunvericiliyin tələblərini pozmuş olub.
Azərbaycan vətəndaşı günahını etiraf edib və bir həftədən sonra Rusiyanı tərk edəcəyini bildirib.
Bununla belə, o müqəssir bilinərək Rusiyadan çıxarılmamaq şərti ilə 3 min rubl məbləğində cərimə olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...