Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Azərbaycanlı şəxs katolik keşiş oldu

Müsəlmanları heyrətləndirəcək hadisə…

“Din.az”ın məlumatına görə, bu barədə “Sibir katolik qəzeti” xəbər yayıb.

Qeyd olunur ki, Roma Papası Fransisk bazar günü, mayın 7-də Sankt-Peterburqdakı “Məryəm – Həvarilərin Məlikəsi” seminariyasının məzunu Behbud Mustafayevi başqa seminariya tələbələrinin arasında keşiş təyin edəcək.

Behbud pontifiklə şəxsən tanışdır. 2016-cı ilin oktyabrında Papa Bakıda apostol səfərində olarkən ona dyakon kimi qulluq göstərib.

Behbud Mustafayev 1982-ci il martın 13-də Azərbaycanda anadan olub və burada böyüyüb. Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur. Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışıb. 2008-ci ildə Bakıda Müqəddəs Məryəmin Məsum Hamiləliyi kilsəsində xaç suyuna çəkilib. O, 2011-ci ildə Sankt-Peterburqdakı “Məryəm – Həvarilərin Məlikəsi” seminariyasına qəbul olunub.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...