Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycanlı milyarder ÖLÜLƏR ÜZƏRİNDƏ ticarət mərkəzi tikdirir – FOTO

Blokada qurbanlarının sümükləri üstündə tikinti aparmağa kim icazə verib?

Rusiyada Sankt-Peterburq şəhəri qanunvericilik məclisinin “Yabloko” partiyasından olan deputatı Boris Vişnevskiy qubernator Georgi Poltavçenkodan keçmiş Farfor qəbristanlığının ərazisində aparılan tikintiyə görə növbədənkənar görüş istəyib.

Din.az Oxu.az-a istinadən xəbər verir ki, sökülmüş “Sputnik” kinoteatrının yerində azərbaycanlı milyarder, “Konrad” şirkətlər qrupunun sahibi Vaqif Məmişova məxsus şirkət ticarət-əyləncə mərkəzinin tikintisini aparır.

Deputatın məlumatına görə, xeyli müddətdir tikinti sərhədləri keçmiş kinoteatrın ərazisini tərkib edib və “faktiki olaraq, o cümlədən də Leninqradın blokadası (1941-43-cü illər) zamanı insanların basdırıldığı sübut edilmiş yerdə də aparılır”.

“Yanvarın 27-də bütün şəhər rəhbərliyi kədərli simalarla Piskaryov qəbristanlığında dayanır və blokada qurbanlarının xatirəsinə sadiq qalacaqlarına and içirlər. Yaxşı olardı ki, onlar Farfor qəbristanlığında dayana və qubernatorun müşaviri Vaqif Məmişovun “Likostroy”una blokada qurbanlarının sümükləri üstündə tikinti aparmağa icazə verməzdilər”, – deyə, Vişnevski bəyan edib.

Deputatın sözlərinə görə, Rusiya Tikintiyə Dövlət Nəzarəti Xidməti və ekspertizadan ona bildiriblər ki, məhz tikintini aparan və obyektin podratçısı insan qalıqlarının aşkarlanmasına nəzarət edir. Vişnevski işlərin belə qaydada aparılmasını yolverilməz hesab edir, çünki “tikintini aparanlar öz maraqlarına görə işlərin dayandırılmasına gətirə biləcək faktları gizlədə bilərlər”.

Qeyd edək ki, Vaqif Məmişov Azərbaycanın Masallı rayonunun sakinidir. 2016-cı ilin məlumatına görə, onun sərvəti 500 milyon dollar (30 milyard rubl) təşkil edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...