Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycanlı musiqiçilər Qətərdə illik musiqi festivalında çıxış edəcəklər

Festival məşhur İslam filosofu Əbu Nəsr əl-Fərabiyə (“İkinci Müəllim”) həsr edilib.

Azərbaycanlı musiqiçilər aprelin 5-8-də Qətərdə keçiriləcək ikinci illik Ud Festivalında iştirak edəcəklər.

Din.az bildirir ki, bu barədə “Report” “Gulf-Times”a istinadən xəbər verir.

Festivala bir sıra ölkələrdən 80-dən çox musiqiçi, o cümlədən 6 qrup və 18 solo ifaçı qatılacaq. Belə ki, tədbirdə Küveyt, İspaniya, Türkiyə, Azərbaycan, İran, İndoneziya, Malayziya, İraq, Yaponiya, Yunanıstan, Oman, Mərakeş, Suriya və Tunis təmsil olunacaq.

Festival mədəniyyət, fəlsəfə və musiqinin inkişafına mühüm töhfələr vermiş məşhur İslam filosofu Əbu Nəsr əl-Fərabiyə (“İkinci Müəllim”) həsr ediləcək.

Festivalın aprelin 5-də keçiriləcək açılış mərasimində Əl-Fərabi haqqında film nümayiş olunacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...