Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanlı tələbə İran məhkəməsində – Vəkildən tələb

Azərbaycanlı tələbə fəalın məhkəmə iclası keçirilib.

İranda Tehran Universitetinin tələbəsi, zəncanlı Pərisa Rəfiinin məhkəmə iclası keçirilib.

Din.az bildirir ki, azərbaycanlı tələbə fəalın məhkəmə iclası hakim Əhmədzadənin sədrliyi ilə baş tutub. Müttəhimin vəkili Səid Xəlili keçirilən məhkəmə iclası ilə bağlı açıqlama yayaraq müəyyən məsələlərə aydınlıq gətirib. O, müttəhimin qanun çərçivəsindən kənara çıxmadığını, bəraət qərarının çıxarılmasının ədalətli olacağını deyib.

Qeyd edək ki, fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfii universitetdə mədəni və qanuni fəaliyyətlərlə məşğul olub. O, Tehran Universitetinin Tələbələr Şurasının üzvüdür. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...