Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Azərbaycanlı və misirli tələbələr arasında DAVA: Xəsarət alanlar olub

Kropivnitski şəhərində tələbələr arsında dava düşüb.

Ukraynanın Kirovoqrad vilayətində azərbaycanlı və misirli tələbələr arasında dava olub.

Din.az bildirir ki, Kropivnitski şəhərində baş verən dava zamanı 2 nəfər yaralanıb.

“Azərbaycanlı tələbələr bizi döyməyə başladı. Heç nədən oldu. Dostumla Misirdən gəlmişik. Onlarla biz yay akademiyasında birgə oxuduğumuz üçün tanışıq”-deyə davada iştirak edən Məhmməd adlı misirli tələbə açıqlama verib.

Kirovoqrad vilayətinin patrul polisinin mətbuat xidmətinin rəhbəri Yanina Lıkova xəsarət alanlardan birinin azərbaycanlı olduğunu deyib və faktla bağlı araşdırmalara başladıqlarını deyib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...