Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanlı zəvvarlar həcc ziyarətinə yola düşdü

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb.

Azərbaycandan Həcc ziyarətinə gedən ilk zəvvar qrupu Səudiyyə Ərəbistanına yola düşüb.

Din.az Report-a istinadən xəbər verir ki, ilk qrupa 180 nəfər daxildir.

Səfər avqustun 5-nə qədər 8 təyyarə reysi həyata keçiriləcək. Gün ərzində iki təyyarə reysinin uçuşu nəzərdə tutulub.

Bu gün saat 14.50-də ikinci qrup da ziyarətə yola salınacaq.

Səfər müddətində zəvvarları ümumilikdə 40 bələdçi müşayiət edəcək.

Həcc ziyarətinin proqramına gəlincə, zəvvarlar ilk olaraq Ciddə şəhərinə yola düşəcəklər. Oradan da 90 km yol qət edib Məkkəyə gedəcəklər. Məkkədə əvvəl Ümrə əməli icra ediləcək və bir neçə gün sonra Həcc başlayacaq. Hicri Qəmər təqvimi ilə Zilhiccə ayının 9-da Ərəfat dağına çıxılacaq, 10-u qurban kəsiləcək. Zəvvarlar iki gün Minada gecələyib Məkkəyə qayıdacaqlar. Orada digər Həcc əməlləri ediləcək. Məkkədən çıxan zəvvarlar Mədinəyə daşınacaq.

Azərbaycana geri dönüş avqustun 22-dən başlayacaq.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb. Qiymətlərdə 75 dollar artım var. Yəni bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.

Avqustun 2-dən 5-nə qədər gediş, avqustun 22-dən 26-a qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar üçün AZAL milli aviaşirkətinin 6 təyyarəsi ayrılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...