Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

AZƏRBAYCANLI ZƏVVARLARI HƏCC ZİYARƏTİNDƏN GƏTİRƏCƏK TƏYYARƏLƏR GECİKİR – FOTO

Təyyarələr əvvəlcədən təyin olunan vaxtda yola düşməyib.

Azərbaycanlı zəvvarları Səudiyyə Ərəbistanının Mədinə şəhərindən Bakıya gətirəcək təyyarələr gecikir.
Din.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən “Report” verilən məlumata görə, təyyarələr əvvəlcədən təyin olunan vaxtda yola düşməyib.
Bildirilib ki, Bakı vaxtı ilə saat 13:10-da birinci, 15:10-da isə zəvvarları gətirəcək ikinci təyyarə yola çıxmalı olsa da, hər iki reysdə gecikmə baş verib. Məlumatda gecikmənin səbəbinin məlum olmadığı qeyd olunub.
Azərbaycan Hava Yollarından “Report”a bildirilib ki, təyyarələrin gecikmə səbəbləri hələ məlum deyil.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...