Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycanlı zəvvarların gecikən vizaları barədə Krallıqdan münasibət

Krallığın Azərbaycandakı səfirliyi açıqladı…

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara vizaların verilməsi ilə bağlı ləngimənin yaranması barədə xəbərinə Səuidyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi münasibət bildirib.

“Din.az” xəbər verir ki, bu barədə APA-ya səfirlikdən məlumat verilib.

Məlumatda bildirilir ki, səfirliyin vizaları verməsində heç bir ləngimə yoxdur. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı kimi, vizalar iyulun 20-dən veriləcək.

Qeyd edək ki, Qafqaz Müsəlmanları idarəsi zəvvarlara vizaların verilməsi müddətinin 10-dan 20-ə qədər uzadıldığını və ləngidiyini bildirib. Xəbərin verildiyi gün səfirliyin əməkdaşı Rasim Abdullayev APA-ya bildirib ki, səfirlik QMİ açıqlama yaymamış məsələyə münasibət bildirmək istəmir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...