Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Azərbaycanlı zəvvarların Həccə gedəcəkləri tarix dəyişdirildi

Həcc ziyarətinə yola düşmə tarixi dəyişdirilib.

Azərbaycanlı zəvvarların Həcc ziyarətinə yola düşmə tarixi dəyişdirilib.

Din.az xəbər verir ki, azərbaycanlı zəvvarlar bu il avqustun 11, 12, 13, 14 və 15-də yola düşəcəklər.

Zəvvarların dönüşü isə 1, 2, 3, 4 və 5 sentyabr tarixlərində baş tutacaq.

Xatırladaq ki, buna qədər azərbaycanlı zəvvarların Həccə səfəri avqustun 14, 15 və 16-da, geri qayıdış isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılmışdı.

Uçuşlar Azərbaycan Hava Yolları (AZAL) ilə həyata keçiriləcək.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır. Azərbaycandan bu il 1170 zəvvarın səfər edəcəyi nəzərdə tutulub. Əvvəlki illərdən fərqli olaraq bu il iki növlü səfər xidməti yoxdur, yalnız bir növlüdür. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...