Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanlı zəvvarların növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb

Həcc ziyarətindən iki ay sonra kiçik Həcc ziyarətinə səfərlər başlayır.

Azərbaycandan bir qrup zəvvarın növbəti kiçik Həcc ziyarətinin (Ümrə) tarixi açıqlanıb.

Din.az bildirir ki, 28 zəvvardan ibarət qrup aprelin 23-də yola düşəcək.

Ziyarət aprelin 30-da başa çatacaq. Həmin gün zəvvarlar Azərbaycana qayıdacaqlar.

Məlumata görə, 3 günlük Mədinə, 5 günlük Məkkə ziyarəti ilə yekunlaşan Ümrə ziyarəti üçün digər qrupun səfəri Ramazan ayına (iyunun 15-16-sı) planlaşdırılır. Bu səfərdə daha çox zəvvarın iştitak edəcəyi gözlənilir.

Qeyd edək ki, Həcc ziyarətindən iki ay sonra kiçik Həcc ziyarətinə səfərlər başlayır. Bu il Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləği aşağı salınıb. Məsələn, keçən il Ümrə ziyarəti üçün ən aşağı qiymət 2 min dollardan çox idi. Hazırda qiymətlər otelə görə 1500 dollardan 2300 dollara qədər dəyişir. Yəni, qiymətlər 500 dollardan da çox ucuzlaşıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...