Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanlılar “Allahu Əkbər” deyib qiyam qaldırdı – VİDEO

Qiyam qaldıranların əksəriyyəti müsəlmanlardır…

Rusiyanın Xakasiya Respublikasında yerləşən 35 nömrəli cəzaçəkmə müəssisində məhbuslar qiyam qaldırıb.

“Din.az” bildirir ki, “regioninfo” “Xakasiya” informasiya agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyada cəzaların icra olunması üzrə Xidmətin Xakasiya üzrə idarəsinin rəisi Yaroslav Bajan və ombudsman Aleksandr Çistotin bildirib.

Onların sözlərinə görə, bir qrup məhbus həbsxanada olan mebel və çarpayıları, pəncərə və qapıları qıraraq polislərin içəri daxil olmasına mane olublar.

Ombudsman qeyd edib ki, məhbuslar “Allahu Əkbər” deyə qışqıraraq onlara telefon verilməsini tələb ediblər.

Qiyamçı məhbuslar həbsxanada “birka”sız gəzmək, köynəyin üst düyməsini açıq saxlamaq, istədikləri yerdə siqaret çəkmək və istədikləri vaxt dua etməklə bağlı tələblər irəli sürüblər.

Bajanın sözlərinə görə, qiyamın təşkilatçıların əksəriyyəti başda azərbaycanlılar olmaqla müsəlman məhbuslardır.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...