Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanlılar irqçilərin hücumuna məruz qaldı

Alman irqçiliyi bizə də çatdı …

Tələbələrdən biri baş verənləri əvvəldən axıradək lentə ala bilib və onu polisə təqdim edib.

Din.az bildirir ki, Almaniyada təhsil alan üç azərbaycanlı tələbə Meklenburq-Ön Pomeraniya əyalətinin Rostok şəhərində küçədə hücuma məruz qalıb. DW xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilir ki, hadisə sentyabrın 1-də baş verib, polis isə bu barədə sentyabrın 2-də məlumat yayıb.

Belə ki, şənbə günü şəhərarası elektrik qatarını gözləyən üç azərbaycanlı gəncə qadınla kişi-ər və arvad yaxınlaşıb. Onlar irqçi süarlar səsləndirərək, həmyerlilərimizi təhqir ediblər.

Daha sonra kişi tələbələrdən birinə dəyənəklə zərbə endirib və cütlük hadisə yerini yaxınlaşan qatarla tərk edib.

Rostok polisi araşdırmaya başlayıb və insidentin şahidlərini axtarır.

Digər bir məlumata görə, tələbələrdən biri baş verənləri əvvəldən axıradək lentə ala bilib və onu polisə təqdim edib.  / Sputnik.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...