Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycanlıları təhqir edən jurnalist üzr istəməli oldu

“Vətənini sevənlərin heç birinə qarşı ayrı-seçkilik etmərəm”.

“Din.az” “İslamazeri.az”a istinadən xəbər verir ki, “Yeni Şafak” Türkiyə hökumətinə bağlı olan qəzetin jurnalisti Kamal Öztürk 4 yanvarda yazdığı məqaləsində edilən etirazlardan sonra üzr istəməli olub.

yeni-safakin-azerbaycanlilari-tehqir-eden-yazari-uzr-istemeli-oldu-5670

Yazar dünən günün ikinci yarısı üzr istəyib: “4 yanvarda yazdığım məqalədə terrora qarşı ciddi davranmağımızın vacib olduğunu bildirmişdim. Nümunə kimi iğdırlı şiələrin İran konsulluğuna etiraz etməsini qeyd etmişdim. Bu səhv anlaşılıb. Sanki Türkiyədə yaşayan şiələri də xaricilər kateqoriyasında göstərmişəm. Lakin belə aydın olubsa, səhv mənimdir. Mənim məqalələrimi oxuyanlar, vətənini sevənlərin heç birini ayırmadığımı,onlara qarşı ayrıseçkilik etmədiyimi bilirlər. Başda İğdır millət vəkili Nürəddin Aras kimi (AKP-li deputat), nəzakətlə etirazlarını dilə gətirən Cəfəri qardaşlarım üçün bu düzəliş və üzrü yayımlayıram. Haqqınızı halal edin!”

Jurnalist nə yazmışdı?

Kamal Öztürk terrorla mübarizə mövzusunda yazdığı yazıda İğdır azərbaycanlılarını, şiələri Türkiyə vətəndaşları  olduqları halda, “xaricilər” kimi qələmə verərək “Türkiyədə yaşayan xaricilər: İğdırda yaşayan cəfərilər  İran konsulluğuna, Fəthiyyədə yaşayan almanlar Almaniya konsulluğuna, Kaşta yaşayan ingilislər İngilis səfirliyinə, İstanbul və Ankarada olan amerikalılar ABŞ səfirliyinə cəm halda getsələr…”

Bundan sonra “Yeni Şafak” qəzetinin elektron ünvanına çoxsaylı etiraz məktubu yazılmış, sosial şəbəkələrdə haqlı etirazlar edilmişdi.

İlahiyyatçı alimlər də bu məsələni gündəmdə saxlayaraq cümə xütbələrində iradlarını dilə gətiriblər.

Türkiyə şiələrinin nüfuzlu liderlərindən olan Səlahəddin Özgündüz sonuncu (6 yanvar) cümə xütbəsində milli və məzhəb ayrı-seçkilərinə sərt ismarışlar verib.

“Biz hər zaman birlikdə yaşadıq. Bu ölkədə məzhəbçilik və irqçilik edənlər, fitnə və təfriqə çıxaranlar, bilsinlər ki ölkəmizə, bölgəmizə və bütün müsəlmanlara xəyanət edirlər. Məzhəbçilik və irqçilik edənlərdən biri həbs olunub cəzalandırılsa, buna kimsə bir daha cəsarət etməz. Şiələri hədəfə alanlara gəlidikdə, şiəlik türk millətinin xarakteridir. Bu millətin xarakteri heydəridir (red: İmam Əlinin ləqəbi). Əməvi çaqqallığı, tülkülüyü bu millətin xarakterinə uyğun deyil.”, -deyə Səlahəddin Özgündüz dünən xütbəsində deyib.

Türkiyə şiələrinin tanınmış saytı olan “Rasthaber” də jurnalisti tənqid edib. Məqalənin bir hissəsində deyilirdi: “İğdırda yaşayan şiələrin hətta Türkiyə vətəndaşı olmasını da həzm edə bilməyən bu müəllifin məqaləsinin dəyəri var? Yəni bu ölkənin övladı, vətəndaşı olan şiələri, bu ölkəyə aid hesab etməyən, bu ölkənin bir hissəsi olan şiələrin, ölkənin bir hissəsi olmasını həzm etməyən birisi, hansı üzlə “birlik və həmrəylik”dən dəm vura bilər? İğdırda yaşayan Cəfərilər (şiələr) İran konsulluğuna gedib hökumətlərini terrorla mübarizəyə çağırsınlar ” dedikdə, bu ayrı-seçkilik yaratmır? Bu nə kindir dostum, başa düşən varsa, bizə də başa salsın”.

Türkiyə müəllifi Söner Yalçın isə AKP-yə bağlı medialarda yenə də gizli FETO-çuların olduğunu bildirir.

O, məqalələrindən birində “Hər gün “şiələr”lə başlayan “Qatil İran, qatil Hizbullah, qatil Haşdi Şabi” ilə davam edən məqalə, manşet və xəbərlərin şahidi olduğumuz bu nifrət dili. Allah qorusun! İran-Türkiyə müharibəsi yaratmaq üçün səy göstərən bu qaraguruhçuların kimliyidir. “Bu müharibəni ən çox kim istəyir?” deyə sual verildikdə, cavab açıq şəkildə irəli gəlmir?”

Üzr istəyən Kamal Öztürkün məqaləsindən bir hissə:

yeni-safakin-azerbaycanlilari-tehqir-eden-yazari-uzr-istemeli-oldu-8n5z8i8l

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...