Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanlıları təhqir edən şovinistlər… – Millət vəkili

Böyük Azərbaycan millətinin təhqir olunması qəbuledilməzdir.

Stadionun ümumi aurası və hakimin yanaşması “Traktor” komandasına qarşı yönəlmişdi.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri 25 noyabrda baş tutan “Traktor” – “Perspolis” qarşılaşmasında yaranan xoşagəlməz hala münasibət bildirərkən deyib. O, qanuna görə, ölkənin Baş Prokurorluğunun “Perspolis”ə qarşı vəsatət qaldırmalı və təhqirə yol verənlərin cəzalanmalı olduğunu bildirib:

“Əvvəlcədən elan olunmuşdu ki, stadionda təhqirə yol verilərsə, oyun dayandırılacaq. “Perspolis” tərəfdarları təhqirə başladı, lakin oyun dayandırılmadı. Stadionun ümumi aurası və hakimin yanaşması “Traktor” komandasına qarşı yönəlmişdi. Şəkillərdə göründüyü kimi, ofsayt qərarı düzgün deyildi. Hakim bu barədə məşvərət edib və “Traktor”un vurduğu qolu qəbul etməli idi. Bu vəziyyətdə “Traktor” yenə də bir xal qazandı. Buna görə komandaya təşəkkür etmək lazımdır. Böyük Azərbaycan millətinin təhqir olunması qəbuledilməzdir. Təhqir edənlər isə qarşılığını almalıdır. Ölkənin Baş Prokurorluğu böyük Azərbaycan milləti tərəfindən “Perspolis”ə qarşı vəsatət qaldıraraq təhqirə yol verənləri cəzalandırmaqla belə hərəkətlərin təkrar olunmasının qarşısını birdəfələlik almalıdır”.

Qeyd edək ki, “Traktor” – “Perspolis” görüşü zamanı “Perspolis”in şovinist fars tərəfdarları Azərbaycan-türk millətinin ünvanına təhqiramiz şüar və söyüşlər səsləndirib, eləcə də Qarabağın “əsl adının” “Artsax” olduğunu bildirərək, əllərində pankartlar qaldırıblar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...