Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanlıların məscidi mühafizə altında

“Azerilerin camisi” kimi tanınan “Zeynəbiyyə” məscidi ciddi qorunur.

“Azərilərin camisi” kimi tanınan “Zeynəbiyyə” məscidi ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

 

“Din.az” “İslamazeri.az”a istinadən xəbər verir ki, İstanbulda Halkalının Zeynəbiyyə məhəlləsində yerləşən “Azerilerin camisi” kimi tanınan “Zeynəbiyyə” məscidi ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

8muh1

Məlumata görə,  avtomobillərin məscidə yaxınlaşmasına izin verilmir, silahlı xüsusi təyinatlı polislər məscidin yaxınlığında mühafizə çəkirlər; bir neçə yerdə zirehli avtomobil görmək mümkündür. Bundan başqa məscid icmasının mühafizə xidməti də, xüsusi təhlükəsizlik və mühafizənin gücləndirilməsində güc strukturlarına yardım edir.

Xatırladaq ki, ötən ayın ortasından İstanbulda Halkalının Zeynəbiyyə məhəlləsində yerləşən “Azerilerin camisi” kimi tanınan “Zeynəbiyyə” məscidində mümkün təxribat olması ilə bağlı polis gücləndirilmiş iş rejiminə keçib. Bir neçə gündür ki, ən yüksək təhlükəsizlik tədbirləri çərçivəsində məscidin ətrafındakı bütün avtomobil yolları tamamilə bağlanıb, yerli sakinlərə alternativ yollardan istifadə etmələri üçün məlumat verilib.

Qeyd edək ki, İstanbulda Halkalının Zeynəbiyyə məhəlləsində İğdır, Qars azərbaycanlıları ilə yanaşı, xüsusilə Naxçıvandan və Azərbaycanın digər  şəhərlərindən köçmüş çox sayda azərbaycanlılar yaşayırlar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...