Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“AZƏRİ”ləri müdafiə edən tarixçi 18 yaşında olan türkləri axmaq adlandırdı – VİDEO

İlber Ortaylı: “Türk uşaqları axmaqdır…”

Məşhur tarixçi alim Prof. Dr. İlber Ortaylı yetişdirmə tərzindən dolayı 18 yaşında olan türk uşağının axmaq olduğunu söyləyib.

Din.az “A24.az”-a istinadən xəbər verir ki, tanınmış tarixçi alim “Tarixdə Orta Şərq və Türkiyə” mövzusunda keçirilən konfransda çıxış edib.

Çıxışı zamanı Dr. Ortaylı dağıdılaraq opera binasına çevilirəcək İstanbul Atatürk Mədəniyyət Mərkəzi ilə bağlı danışıb. Mədəniyyət mərkəzində səs sisteminin gözəl olmadığını qeyd edən Ortaylı “İstanbuldakı opera binasının səs sitemi çox pisdir. Məlumdur ki, bunu edən memarın işindən başı çıxmır. İşini bilmədiyi təqdirdə binanın yenilənməsini yenə ona tapşırdılar. Mən utanıram, bu cəmiyyət Memar Sinanı yetişdirib. Adam edə bilmir, amma mən orda hansı teatrı seyr etdimsə, hansı konserti izlədimsə, oranın exosistemi çox pis idi. Çünki anlayan bir insan o qədər dar sahədə opera binası tikməz. Bu mədəniyyətsizlikdir. Hökuməti tənqid etdiyimi düşünməyin, əhalinin işi yoxdur” deyə bildirib.

ABŞ ilə Türkiyə arasında yaşanan viza qalmaqalından da danışan Ortaylı “Ankaradakı səfirliyin Vaşinqtondan icazə almadan viza qadağası qoyması bir oyundur. Avropada insanlar Amerikanı bizimkilərin sevdiyi kimi sevməzlər. Amerikaya üsyankar olan türklərdir. Türkiyə kimi amerikapərəs bir ölkə yoxdur” ifadələrini işlədib.

“Türk uşaqları axmaqdır…”

Türkiyədən Amerikaya oxumaq üçün getməyin çox yanlış olduğunu bildirən İlber Ortaylı “liseyi bitirən uşaqları Amerikaya göndərməyin deyirik. Təzə fidandır, hələ bizimkilər lap təzə fidandır. 18 yaşında olan türk uşağı, qüsuruma baxmayın, yetişdirmə tərzimizdən dolayı axmaqdır. Böyük vəzifə sahibi olan insanlar “Green Card” aldıq deyə sevinirlər. Necə də ayıbdır. Bunu Avropada görmərsən. Avropada uzun müddətdir ki, Amerikaya köçən insanlara alt təbəqəyə məxsus uğursuz kimi baxılır. Ora getdim deyərək kimsə fəxr edə bilməz” deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...