Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

AZƏRTAC-ın fotoları İslam Əməkdaşlıq Təşkilatının Festivalında…

“Bir millət, mədəniyyətlərin müxtəlifliyi” şüarı altında festival keçirilib.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotoları Misirin paytaxtı Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Birinci Festivalı çərçivəsində təşkil edilən fotosərgidə nümayiş olunur.

Din.az bildirir ki, Fevralın 9-dək davam edəcək sərgidə İƏT dövlətlərinin Xəbər Agentlikləri Birliyinin (UNA) İcraiyyə Şurasının üzvü olan AZƏRTAC-la yanaşı, digər üzv 21 xəbər agentliyi də iştirak edir.

Sərginin ziyarətçiləri Azərbaycanın tarixini, müasir memarlıq nümunələrini, turizm potensialını əks etdirən fotolarla tanış olurlar.

Sərgi bu gün Qahirə Opera Teatrında açılıb. “Bir millət, mədəniyyətlərin müxtəlifliyi” şüarı altında keçirilən festivalın açılış mərasimində 20-dən çox dövlətin nümayəndələri iştirak edib. Tədbirdə islam dünyasına öz töhfələrini vermiş bir sıra görkəmli xadimlərin xatirəsi anılıb.

Beş gün davam edəcək festival çərçivəsində mədəni tədbirlər, elmi seminarlar və müxtəlif təqdimatlar keçiriləcək. Silsilə tədbirlər Qahirə Opera Teatrında, əl-Hənacir İncəsənət Mərkəzində, Mədəniyyət üzrə Ali Şurada, Böyük İslam Muzeyində, Əmir Taz sarayında, Ərəb dövlətləri Liqasının binasında, əl-Əzhər əş-Şərifdə və digər yerlərdə təşkil ediləcək.

Festivalda bir sıra beynəlxalq islam təsisatları, o cümlədən Tarix, İncəsənət və Mədəniyyət Mərkəzi, Ticarətin İnkişafı üzrə İslam Mərkəzi, İslam Həmrəylik Fondu, həmçinin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı və digər qurumlar təqdim olunacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...