Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

AZPROMO: Qətərə tütün və onun əvəzedicilərinin ixracı QADAĞAN EDİLİB

Qətərə idxal edilməsi qadağan olunmuş məhsullar…

Qətərə tütün və onun əvəzedicilərinin ixracı qadağan edilib.

Din.az bildirir ki, bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

Məlumata görə, Qətərə idxal edilməsi qadağan olunmuş tütün məhsulları və onun əvəzedicilərinin siyahısı aşağıdakılardır:

– Hər hansı adda və formada olan nikotinli saqqız

– Elektron siqaret və elektron qəlyan, əvəzedici siqaret məhsulları

– Hər hansı adda və formada olan sərxoşedici preparatlar

– Siqaret satışı avtomatları

– Tütün və onun məhsullarının təbliği, reklamı və təşviqi materialları

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...