Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

AzTV-də ilahiyyatçı sözünün efirdə getməyinə yaxşı yanaşılmır, ANS rəhbərliyinin dini əqidəsinə zidd olan şəxslərin verilişlərə çıxması yasaqdır

Tolerantlıq 95 faiz müsəlman olanların 5 faiz qeyri müsəlman olanlara qarşı münasibəti deyil.

Moderator.az saytında bu gün “Hicablılar AzTV-dəki verilişlərdə qonaq kimi iştirak edə bilməz” başlıqlı yazı gedib.
Həmin yazıda qeyd olunur ki, Turizm İnstitutunun ilk məzunlarından biri, mədəni və tarixi irsimizin xaricdə və xarici vətəndaşlar arasında tanıdılmasında bir çox ciddi işlər görmüş, bu sahədə bir neçə beynəlxalq tədbirlərin təşkilatçısı olmuş Aida adlı xanım bu sahədə təcrübələrindən danışması üçün AzTV-nin MAG verilişinə dəvət edilib. Lakin çəkilişdən öncə hicablı xanıma bildiriblər ki, yuxarıdan göstəriş var və hicablılar AzTV-nin verilişlərində qonaq kimi iştirak edə bilməz…
Görəsən, tolerant ölkədə, multikultralizm ilində, rəsmi dininin İslam olduğu Azərbaycanda hicablı xanımlara dövlət televizyasında çıxış etmə yasağı qoyulması hansı qayda və qanunlara əsaslanır? Bu tip qadağalar ölkəmizin tolerant və multikultralist olduğunu şübhə altına almırmı?
elşad_miri
Moderator.az bununla bağlı ilahiyyatçı ekspert Elşad Mirinin fikirlərini öyrənib. Din.az moderator.az-a istinadən həmin fikirləri sizə təqdim edir.
Elşad Miri qeyd edib ki, AzTV tərəfindən nəinki hicablı qadınlara, hətta onun özünə də efir qadağası qoyulub:
“Bəlkə də danışdıqlarım gülməli gələcək, amma deməliyəm ki, bir neçə il əvvəl AzTV-dən gəlib mənimlə çəkiliş aparmışdılar. Ancaq çəkilişdən sonra zəng vurub bildirdilər ki, bizdə qadağa olduğu üçün sizi ilahiyyatçı kimi təqdim edə bilmirik, ona görə də sizi tarixçi kimi təqdim edirik. Bildirdim ki, düzdür, mən ixtisasca ilahiyyatın dinlər tarixçisiyəm, ancaq tarixçi təqdimatı mənə uyğun gəlmir. Dedilər ki, o zaman sujeti efirə vermirik, sonradan baxdım ki, məni tarixçi kimi təqdim edərək sujeti efirə veriblər.
AzTV-də ilahiyyat, ilahiyyatçı sözünün efirdə getməyinə yaxşı yanaşılmır, hətta Allah sözünün əvəzinə çox vaxt Tanrı sözü işlədilir. Təəsüflər olsun ki, bu gün belə bir səhv idarəetmə mövcuddur. Əgər biz həqiqətən də tolerant ölkəyiksə, tolerantlıq 95 faiz müsəlman olanların 5 faiz qeyri müsəlman olanlara qarşı münasibəti deyil. 95 faizin özündəki inama, inanca qarşı da eyni şəkildə yanaşmaq lazımdır. Biz bu gün bunu daha gözəl şəkildə təqdim etməyi bacarmalıyıq. Bu gün ölkədə bir dənə olsun veriliş aparıcısı və ya hansısa bir serialda başı örtülü xanım görürükmü? Təəssüflər olsun ki, görmürük, çünki belə şeylərə qarşı sanki  insanlarda allergiya var. Mənim özümü belə heç bir telekanal qəbul etmir.
ANS rəhbərliyinin başqa əqidədə olmasına görə həmin əqidəyə zidd şəxslərin verilişlərə çıxması yasaqdır və o şəxslərdən biri də mənəm.
Məsələn, ANS rəhbərliyinin başqa əqidədə olmasına görə həmin əqidəyə zidd şəxslərin verilişlərə çıxması yasaqdır və o şəxslərdən biri də mənəm.  ATV kanalının rəhbəri Vüqar Qaradağlının redaktorluğu ilə tərcümə olunmuş “Qurani – Kərim”lə bağlı tənqidi fikirlər səsləndirdiyimə görə efirə qadağa qoyulub. Ölkəsini sevən bir insan, vətəndaş olaraq çıxıb efirlərdə tamadalıq etmirəm, toy, yas tutmuram, sadəcə insanlara haqqı doğru şəkildə çatdırmağa çalışıram. Reallıq budur ki, buna belə tolerant yanaşmayan şəxslərdən biz başqa dözümlülük gözləyə bilmərik”.
İlahiyyatçı daha sonra qeyd edib ki, hər kəsə açıq şəkildə fikrini ifadə etmək üçün imkan yaradılmalıdır:
“Biz heç nədən qorxmamalıyıq və hər kəs açıq şəkildə fikrini ifadə etməlidir. Bu gün efirlərə ateist də, dindar da çıxarılmalıdır ki, öz fikirlərini rahat bir şəkildə debat formasında, mədəni tərzdə təqdim etsinlər. Və ya fərqli fikirdə olan dindarlara fikir mübadiləsi etməyə şərait yaradılsın, yaxşı müzakirələr yaransın. Sonda da insanlar özləri doğru bildiklərinə qərar versinlər, doğru qəbul elədiklərinə inansınlar. Bu gün Türkiyədə tolerantıq deyə səs-küy salmırlar, ancaq telekanallarına baxdığımız zaman görürük ki, gecə başlayan hansısa proqram səhər dördə, beşə qədər davam edir. Gözəl müzakirələr olur, insanlar nəticə çıxarırlar, bunu bizdə etmək çoxmu çətindi ki? Bu gün bizdə insanları irəliyə aparacaq, düşündürücü, elmi müzakirələrdən ibarət bir dənə olsun belə veriliş yoxdur. O üzdən də teleməkan artıq əvvəlki gücünü itirib, indi internet məkanı çox inkişaf edib, sosial media, internet resursları televiziyanı ikinci, üçüncü dərəcə səviyyəsinə salıb. Bu gün insanlar xəbər almaq üçün televiziyanı gözləmirlər, internet resurslarına müraciət edirlər. Hər kəs özünə lazım olan informasiyaları sosial mediadan, sosial şəbəkələrdən alır. Demək ki, artıq nəyisə qadağan etməklə yox, gözəl şəkildə insanlara çatdırmaqla məşğul olmaq lazımdır. İnsanların gözəl şəkildə maarifləndirilməsi ilə məşğul olmaq lazımdır”.
Rumiyyə

MÜZAKİRƏ

3 şərh AzTV-də ilahiyyatçı sözünün efirdə getməyinə yaxşı yanaşılmır, ANS rəhbərliyinin dini əqidəsinə zidd olan şəxslərin verilişlərə çıxması yasaqdır üçün

  1. Vadar dedi:

    Tamamilə doğrudur! Əsas odur ki, insanları gözəl maarifləndirəsən. Bunu da Elşad qardaş çox məharətlə bacarır! Allah elminə bərəkət versin!

  2. anar dedi:

    Tamami ile duzdu men demek olarki ne elde etmiwemse internet vasitesi ile elde elemiwem. Wukurler olsun Allaki men nehayet doqru yolu tapa bildim .

  3. Asif dedi:

    Elshad qardaş siz ölkədə doğruları söyləyən demək olarki yeganə insansınız. elminizle, savadınızla insaları maarifləndirirsiniz. Allah subahane teala elminize bərəkət verib dahada artırsın nə yaxşıki varsınız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...